Millimiz DÇ-də Gürcüstana qarşı

  • 21 Noyabr 2025, 12:06

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında bu gün növbəti görüşlərini keçirəcək.

Sportlife.az xəbər verir ki, yığma 1/4 finalda Gürcüstanla iki qarşılaşmada üz-üzə gələcək.

Komandanın heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alır. Millinin kapitanı isə İlahə Qədimovadır.

Qeyd edək ki, dünya çempionatına noyabrın 23-də yekun vurulacaq.


Paylaş: