Şahmatçımız dünya çempionatında birinci oldu

  • 13 Oktyabr 2023, 09:43

Azərbaycan şahmatçısı Gövhər Beydullayeva İtaliyada gənclər arasında keçirilən dünya çempionatında birinci yeri tutub.

Sportlife.az xəbər verir ki, o, rapid növündə 11 turda 9 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Məhəmməd Muradlı 6,5 xalla 13-cü olub.

Dünya çempionatı blits üzrə yarışla davam edəcək.


Paylaş: