1 Oktyabr 2023, 13:38
“Vüqar Həşimov” komandası Avropa Kubokunda mübarizə aparacaq

“Vüqar Həşimov” komandası Albaniyanın Durras şəhərində şahmat üzrə klublar arasında Avropa Kubokunda iştirak edəcək.

Sportlife.az xəbər verir ki, turnirə bu gün start veriləcək.

“Vüqar Həşimov” komandasında üçqat Avropa çempionu Rauf Məmmədov, Aydın Süleymanlı, Vüqar Əsədli, Əhməd Əhmədzadə, 20 yaşadək şahmatçılar arasında dünya çempionu Abdulla Qədimbəyli, Read Səmədov və Ülvi Sadıxov çıxış edəcəklər. Komandaya Vüqar Həşimovun qardaşı Sərxan Həşimov rəhbərlik edir.

Azərbaycan klubu ilk tur çərçivəsində Böyük Britaniya təmsilçisi “Seltik Taygers”lə qarşılaşacaq.

Qeyd edək ki, kişilərin yarışında 84 klub mübarizə aparır. Reqlamentə əsasən, iştirakçılar 7 turda çıxış edəcəklər.