Azərbaycan millisinə yeni məşqçi cəlb olundu
Azərbaycan Stolüstü Tennis Federasiyası (ASTF) peşəkar mütəxəssislərin hazırlanması, yığma komandanın peşəkarlıq səviyyələrinin artırılması və daim gücləndirilməsi istiqamətində mühüm işlər görülür. Sportlife.az ASTF-yə istinadən xəbər verir ki, bu məqsədlə federasiya Çinin Hebei Cendinq Milli Stolüstü Tennis Təlim Akademiyası ilə müqavilə imzalayıb.
Beynəlxalq səviyyəli idmançıların və mütəxəssislərin hazırlanması, təlim-məşq proseslərinin daha səmərəli təşkili, peşəkarlıq səviyyələrinin artırılması, yığma komandanın gücləndirilməsi məqsədilə dəvət olunan məşqçi yeniyetmələrlə, o cümlədən yığma komandanın üzvləri ilə artıq məşqlərə başlayıb.