6 Aprel 2023, 10:44

Azərbaycanın stolüstü tennisçiləri Yağmur Məmmədli ilə Onur Quluzadə 13 yaşadək idmançılar arasında qarışıq-qoşa növdə dünya reytinqinə başçılıq edirlər.

Sportlife.az xəbər verir ki, onlar 30 xalla Beynəlxalq Stolüstü Tennis Federasiyasının açıqladığı yeni siyahıda liderdirlər. Cütlük ən yaxın izləyiciləri olan Sinqapur təmsilçilərini 5 xal qabaqlayır.

İlk "üçlüy"ü 21 xalla Livan idmançıları tamamlayırlar.

Qeyd edək ki, reytinq siyahısı idmançıların yarışlardakı nəticələrinə əsasən tərtib olunur. Yağmur Məmmədli ilə Onur Quluzadə bu ilin martında Türkiyənin Antalya şəhərində keçirilmiş "WTT YOUTH CONTENDER" yarışında bürünc mükafata layiq görülüblər.