Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib

  • 20 Aprel 2024, 15:52

Bu gün veteran stolüstü tennisçilər arasında Azərbaycan çempionatına start verilib.

Sportlife.az xəbər verir ki, “Şüa” idman kompleksində təşkil olunan yarışda Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Tovuz və Gədəbəydən ümumilikdə 60-a yaxın usta idmançı bacarığını göstərir.

Budəfəki turnirdə kişilər 4, qadınlar 1 yaş qrupunda mübarizə aparırlar. İdmançılar həm, şəxsi, həm də qoşa yarışlarda qalib və mükafatçıları müəyyənləşdirəcəklər.

Çempionatın final görüşləri sabah keçiriləcək. Fərqlənən iştirakçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq.


Paylaş: