“Araz-Naxçıvan”dan daha bir transfer
Futzal üzrə Çempionlar Liqasının hazırlığını davam etdirən “Araz-Naxçıvan” heyətini gücləndirməkdə davam edir.
Sportlife.az xəbər verir ki, “qırmızı-ağlar” bu dəfə millinin gənc üzvü ilə anlaşıb.
Belə ki, İlham Alıyev qarşıdakı mövsümü çempionun heyətində keçirəcək. Futzalçı buna qədər U-19-un formasını geyinib.
Qeyd edək ki, braziliyalı Kadinyonu, Caique Aledes De Oliveyra (hər ikisi “Jetısu” Qazaxıstan) və serb Lazar Milosavljeviçi (“Crnica”, Xorvatiya) transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.