27 Mart 2023, 13:35

Türkiyənin “Sakarya BB Pro Team” velosiped klubunun tərkibində çıxış edən Azərbaycan milli komandasının kapitanı Elçin Əsədov martın 26-da Alanyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 1.2 kateqoriyalı "Syedra Ancient City" yarışında mübarizə aparıb.

Sportlife.az xəbər verir ki, 11 komandanın tərkibində 61 idmançının iştirak etdiyi birgünlük yarış şose velosipedinin qrup ötüşməsi növü üzrə keçirilib. Alanyadan start götürən idmançılar 149 kilometr məsafə qət edərək Syedrada finişə çatıblar.

Elçin Əsədov yarışda finiş xəttini 9-cu sırada keçib. O, yarışın liderindən 4 dəqiqə 4 saniyə geri qalıb (03:46:15). İdmançımız bu nəticə ilə aktivinə 3 UCI xalı yazdırıb.

“Sakarya BB Pro Team” klubunun tərkibində yarışan Azərbaycan milli komandasının digər üzvü Əli Qurbanov isə 33-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, veloturun qalibi yunanıstanlı velosipedçi Polychronis Tzortzakıs olub.