16 yaşlı Yamalın qolu La Liqada ayın ən yaxşısı oldu - VİDEO
"Barselona"nın vingeri Lamin Yamalın qolu mart ayında İspaniya çempionatında "ən yaxşı qol" kimi tanınıb.
Sportlife.az xəbər verir ki, 16 yaşlı ispaniyalı La Liqanın 28-ci turunda "Malyorka"ya (1:0) qol vurub.
Bu mövsüm Yamal "Barselona"nın heyətində 39 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.