
Güləşçilərimiz beynəlxalq turnirlərdə 3 medal qazandılar
Rusiyanın Nefteyuqansk şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.
Sportlife.az xəbər verir ki, 2 təmsilçimiz fəxri kürsüyə qalxıb.
Rəşid Babazadə (65 kq) və Şamil Zubairov (97 kq) üçüncü yeri tutub.
Qazaxıstanın Çimkənd şəhərində isə yunan-Roma güləşi üzrə beynəlxalq yarış təşkil edilib. Məhəmməd Şükürzadə (60 kq) vətənə bürünc medalla qayıdıb.