
Yığmamız bu komandalarla eyni qrupda yarışacaq
Qadın voleybolçular arasında Avropa Liqası yarışlarının püşkü atılıb. Sportlife.az xəbər verir ki, 12 ölkə millisinin mübarizə aparacağı yarışda komandalar 3 qrupda qüvvələrini sınayacaqlar.
Azərbaycan millisi Bolqarıstan, Portuqaliya və Ukrayna ilə bir qrupda çıxış edəcək. Oyunlar mayın 20-dən iyunun 6-dək keçiriləcək. Qrup qalibləri, həmçinin ən yaxşı ikinci yerin sahibi iyunun 15-16-da “Dördlər finalı”nda mübarizəni davam etdirəcəklər.
Qeyd edək ki, Faiq Qarayevin yetirmələri 2016-cı ildə analoji yarışın qalibi olduqdan sonra axırıncı turnirə qatılmayıblar.