Ramil Quliyev: "Parisdə keçiriləcək Olimpiya Oyunları üçün hədəfimiz böyükdür"

Ramil Quliyev: "Parisdə keçiriləcək Olimpiya Oyunları üçün hədəfimiz böyükdür"

  • 27 Sentyabr 2021, 16:15

Azərbaycanlı atlet Ramil Quliyev gələcək karyerası barədə planlarını açıqlayıb.

Tokio Yay Olimpiya Oyunlarında uğursuz çıxış edən idmançı gələn il ən yaxşı performansı sərgiləyəcəyinə inandığını bildirib:

"2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunları üçün hədəfimiz böyükdür. Tokioda əldə edə bilmədiyim uğura Parisdə nail olacağıma inanıram.

Gələn il dünya və Avropa çempionatı, Aralıq Dənizi Oyunları və İslam Həmrəyliyi Oyunları var. Bu yarışlarda ən yaxşı performansı göstərmək, Avropa çempionu adını qorumalı və dünya çempionatında yaxşı nəticə qazanmalıyam. Buna inanıram".


Paylaş: