Keşlə Gəncədən qələbə ilə qayıdır

Keşlə Gəncədən qələbə ilə qayıdır

  • 18 Fevral 2018, 17:18

Topaz Premyer Liqasında 16-cı turun oyunları keçirilir. Sportlife.az xəbər verir ki, bu günə nəzərdə tutulan oyunlardan biri artıq başa çatıb.

Çempionatın aşkar autsayderi “Kəpəz” doğma meydanda “Keşlə” ilə qarşılaşıb. Gəncə klubu bu oyunda qələbə qazansaydı, son pilləni tərk edə bilərdi. Lakin Yunis Hüseynovun çalışdırdığı komanda növbəti məğlubiyyətlə üzləşib.

“Keşlə” isə Yuri Maksimovun rəhbərliyi altında çempionatımızda ilk qələbəsinə sevinib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Sumqayıt” “Neftçi”yə (2:0), “Qəbələ” “Zirə”yə (2:1) qalib gəlib. Tura bu gün keçiriləcək “Səbail” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.

Topaz Premyer Liqası
16-cı tur
18 fevral (bazar)

“Kəpəz” – “Keşlə” 0:1
Qol: F.Bayramov, 51.
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Qənbərov, İsgəndər Əliyev, Ramil Diniyev.
Gəncə. Şəhər stadionu.

“Kəpəz”: 22. Sergey Litovçenko, 15. İqor Korotetski, 13. Şəhriyar Rəhimov (k), 18. Tural Cəlilov, 4. Şəhriyar Əliyev, 91. Dario Federiko, 16. Quili Mandjqaladze, 8. Samir Zərgərov, 12. İlyas Səfərzadə, 48. Dieqo Qusmao, 24. Şadon Vinçester.
Ehtiyat oyunçular: 55. Tərlan Qasımzadə, 1. Davud Kərimi, 10. Tural Rzayev, 9. İlkin Sadıqov, 6. Ceyhun Cavadov, 11. Kamran Abdullazadə, 21. Murad Səttarlı, 5. Tural Nərimanov, 7. Roman Hüseynov, 20. Tərzin Cahangirov, 3. Dedimar Ferreyra, 2. Yusif Cəfərov.
Baş məşqçi: Yunis Hüseynov.
“Keşlə”: 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Slavik Alxasov, 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 65. Cabir Əmirli, 90. Ebrima Sohna.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 7. Vaqif Cavadov, 19. Pablo Podio, 33. Tərlan Quliyev, 39. Əlibəy Məmmədli, 40. Nemanya Stoyanoviç, 66. Murad Qayalı, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev.
Baş məşqçi: Yuri Maksimov.


Paylaş: