ÖZƏL! Qəbələ Əlincə Arenanı almaq istədi, amma...

ÖZƏL! "Qəbələ" "Əlincə Arena"nı almaq istədi, amma...

  • 27 Dekabr 2017, 14:47

Ötən gün "Əlincə" rəhbərliyinin "Əlincə Arena"nı satmağa qərar verməsi barədə xəbər vermişdik. (http://sportlife.az/azrbaycan-premyr-liqsi/azerbaycanda-daha-bir-stadion-satisa-cixarildi)

Lakin klub rəhbərliyi xəbərə dərhal reaksiya vermiş, məlumatın həqiqəti əks etdirmədiyini bildirmişdi. 

Sportlife.az bununla bağlı daha bir özəl məlumat əldə edib. Məlumatı verən mənbənin sözlərinə görə, 13 minlik təbii örtüklü arenanın hətta real müştərisi də olub. Bu Premyer Liqada mübarizə aparan "Qəbələ"di. 

"Ronaldinho Soccer Academy" futbol məktəbi üçün Bakıda stadion və baza axtaran klub, stadionun sahibi Məhərrəm Novruzovun istədiyi 15 milyon manatı da verməyə hazır olub. Məşhur tikinti maqnatı əvvəl bu təklifə razılıq versə də, sonradan stadionu satmaqdan imtina edib. 


Paylaş: