Azərbaycanda daha bir stadion SATIŞA ÇIXARILDI

Azərbaycanda daha bir stadion SATIŞA ÇIXARILDI

  • 26 Dekabr 2017, 22:09

Bir neçə gün öncə elan saytlarından birində futbol klubunun satışa çıxarılması xəbəri gündəmi zəbt etmiş, bazanın meydançasının bir neçə fotosu, həmçinin, obyektin Abşeron rayonunda yerləşməsi barədə məlumat yer almışdı. Bazaya isə 15 milyon manat qiymət qoyulmuşdu. 

Sonradan elanda verilən fotolardakı meydança heç bir klubun bazasında yerləşmədiyi, fotoların Bakıda yerləşən istirahət mərkəzlərindən birinin futbol meydançasına aid olduğu məlum oldu. (komanda.az)

Sportlife.az-a daxil olan özəl xəbərə görə, daha bir stadion satışa çıxarılıb. Söhbət "Əlincə" klubuna məxsus olan "Əlincə Arena"dan gedir. Klubun dünən keçirilən iclasından sonra stadionun satılmasına qərar verilib. Təbii örtüklü, 13 min azarkeş tutumuna malik olan arenaya 15 milyon manat qiymət qoyulub. 

Qeyd edək ki, "Əlincə Arena" 2014-cü ilin oktyabr ayının 3-də istifadəyə verilib. Stadionun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.


Paylaş: