Vidadi Rzayev Kəpəzdəki işinə davam edəcək

Vidadi Rzayev "Kəpəz"dəki işinə davam edəcək

  • 19 Noyabr 2017, 13:57

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev və koməkçisi Xaliq Mərdanov tutduqları vəzifələrdən istefa versələr də, Vidadi Rzayev komandada qalmaq qərarına gəlib.

Sportlife.az xəbər verir ki, Rzayev komandaya yeni təyin olunacaq baş məşqçinin qərarını gözləyəcək. Əgər, yeni çalışdırıcı Rzayevi öz məşqçilər korpusunda görmək istəsə o, işinə davam edəcək. 

Qeyd edək ki, Nizami yurdunun təmsilçisini bundan sonra Yunis Hüseynovun çalışdıracağı bildirilir.


Paylaş: