Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
16 Dekabr 2017, 21:43
116
Hidayət Heydərovdan bürünc medal

Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə “World Masters” yarışına start verilib. Sportlife.az xəbər verir ki, yarışın ilk günü milli komandamız aktivinə bir medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hidayət Heydərov mötəbər yarışda bürünc medal qazanıb.

Qeyd edək ki, 46 ölkədən 212 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan milli komandası 7 cüdoçu ilə təmsil olunur.