Qəbələ cüdoçuları regional birinciliyin qalibi oldular

  • 10 Oktyabr 2017, 10:00

İsmayıllıda yeniyetmə cüdoçular arasında regional birincilik keçirilir.

Sportlife.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunan yarışda Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Qobustan və Şamaxı idmançıları işrirak edir. 2004-2006-cı il təvəllüdlü oğlan və qız cüdoçular medallar uğrunda mübarizə aparıblar. Daha çox medal qazanan Qəbələ cüdoçuları 1-ci yeri tutublar.

Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim olunub.


Paylaş: