Yuventus Neftcinin sabiq üzvünü aldi, Bakı klubundan qovulan rumiyali futbolcunun yeni komandasindaki maliyye sertleri ve muddeti aciqlanmir

Yuventus Neftçinin sabiq üzvünü aldı

  • 20 İyun 2017, 09:00

"Yuventus" "Neftçi"nin sabiq üzvünü heyətinə qatıb.

Sportlife.az xəbər verir ki, söhbət Rumıniyanın Buxarest şəhərini təmsil edən "Yuventus" klubundan gedir. Aşağı liqada çempion olaraq yüksək liqaya vəsiqə qazanan komanda ötən mövsümün ilk yarısını "Neftçi"də keçirən Katalin Tira ilə müqavilə bağlayıb.

23 yaşlı forvardı "Bakı"nın sabiq hücumçusu Daniel İonel Opritsa komandaya cəlb edib. Futbolçunun yeni komandası ilə müqaviləsinin maliyyə şərtləri və müddəti açıqlanmır.

Xatırladaq ki, Tira ötən il "Qarabağ"la oyun zamanı meydana girən azarkeşi vurduğuna görə "Neftçi"dən qovulmuşdu.


Paylaş: