U-21 yihmamizin bas mesqcisi mueyyenlesdi

U-21 yığmamızın baş məşqçisi müəyyənləşdi

  • 14 Sentyabr 2017, 12:00

Samir Ələkbərov müvəqqəti olaraq 21 yaşadək futbolçulardan ibarət milli komandamıza rəhbərlik edəcək.

Sportlife.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. AFFA Məşqçilər Komitəsinin təklifinə əsasən,  U-21 milli komandamızı Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabr və noyabr aylarında keçirəcəyi oyunlarda meydana Samir Ələkbərov çıxaracaq. 

Baş məşqçinin qərarına əsasən, bu müddət üçün Aslan Kərimov və Cahangir Həsənzadə köməkçi-məşqçi vəzifəsinə təyin ediliblər.


Paylaş: