
Üç futbolçu sıraya döndü
"Mançester Yunayted"in 3 futbolçusu zədəsini sağaldıb.
Sportlife.az xəbər verir ki, Coşua Zirkze, Dioqo Dalot və Lenni Yoro komanda ilə birlikdə məşqlərə başlayıblar.
Hər 3 futbolçunun mayın 21-də Avropa Liqasında “Tottenhem”lə keçiriləcək final oyununda iştirakı mümkündür.
Həlledici qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.