Ekitike qərarında qətidir

  • Bu gün, 14:53

"Ayntraxt"ın hücumçusu Uqo Ekitike yay transfer pəncərəsində klubunu dəyişmək istəyir.

Sportlife.az xəbər verir ki, Frankfurt təmsilçisinin Çempionlar Liqasına vəsiqə qazanması da fransalı futbolçunun mövqeyini dəyişməyib. Almaniya klubu 22 yaşlı oyunçu üçün 100 milyon avro təzminat tələb edir.

Ekitike "Ayntraxt"a 2024-cü ilin yayında PSJ-dən keçib. Bundan əvvəl o, bu komandada icarə əsasında çıxış edib. Bu mövsüm hücumçu bütün turnirlərdə 48 oyun keçirib, 22 qol vurub və 12 məhsuldar ötürmə edib.


Paylaş: