Zədəli halda oynayıb, əməliyyat ediləcək

  • Bu gün, 13:31

"Arsenal"ın müdafiəçisi Yurrien Timber mövsümlərarası fasilədə ayaq biləyindən əməliyyat olunacaq.

Sportlife.az xəbər verir ki, 23 yaşlı futbolçu son aylarda Çempionlar Liqasında komandasına kömək etmək üçün zədəli halda meydana çıxıb. 

Müdafiəçinin "Arsenal"ın 2025/26 mövsümü üçün hazırlıq toplanışına tam hazır olacağı gözlənilir.

Timber bu mövsüm bütün turnirlərdə 48 oyun keçirib, iki qol vurub və dörd məhsuldar ötürmə edib.


Paylaş: