Millimizdə yeni baş məşqçi

  • Bu gün, 16:12

Basketbol üzrə Azərbaycan millisinə yeni təyinat gerçəkləşib.

Sportlife.az xəbər verir ki, "Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Toker yığmamızda çalışacaq.

Azərbaycanın oğlanlardan ibarət U-16 millisi türkiyəli mütəxəssisə həvalə olunub. O, yığmada da baş məşqçi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Tokerin U-16 milli ilə ilk sınağı Avropa çempionatının C divizionu olacaq. İyulun 5-13-də Albaniyada keçiriləcək yarışda komanda B qrupunda San Marino, Andorra, Lüksemburq və Cəbəllütariqlə mübarizə aparacaq.


Paylaş: