
Gündə 17 saat işləyir
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim son həftələrdə klubun Karrinqtonda yerləşən məşq bazasında 14 saatlıq iş rejimində çalışır.
Sportlife.az xəbər verir ki, 40 yaşlı mütəxəssis iş gününə səhər saat 7-də başlayır.
Daha əvvəl Amorimin nəticələrdən məyus olduğu üçün qışda “Mançester Yunayted”dən ayrılmaq istədiyi, lakin həmkarlarının onu fikrindən daşındırdığı bildirilib.
"Mankunyanlar" 37 turdan sonra 39 xalla Premyer Liqada turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.