
Laporta təsdiqlədi
"Barselona"nın prezidenti Joan Laporta komandanın yarımmüdafiəçisi Rafinyanın gələcəyi haqda danışıb.
Sportlife.az xəbər verir ki, o, braziliyalı vingerlə müqavilənin uzadılacağını bildirib:
"Rafinya ilə yeni müqavilə imzalanacaq. Dekunun Rafa ilə möhkəm bağı var. Razılığa gələcəyik, çünki biz onun qalmasını istəyirik və o da qalmaq istəyir".
28 yaşlı braziliyalı bu mövsüm 56 oyun keçirib, 34 qol vurub və 25 məhsuldar ötürmə edib. Onun kataloniyalılarla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.