Yığmamız Avropa çempionatına hazırlaşır

  • Dünən, 18:30

Cüdoçularımız kata üzrə Avropa çempionatına hazırlıqlarını davam etdirir.

Sportlife.az xəbər verir ki, milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən toplanışa 10 idmançı cəlb olunub.

Onlar mötəbər yarışa Türkiyə Cüdo Federasiyasının Təhsil direktoru, VI dan qara kəmər sahibi Mehmet Yılmazın rəhbərliyi altında hazırlaşırlar.

Avropa çempionatı 31 may – 1 iyun tarixlərində Latviyanın paytaxtı Riqada keçiriləcək.

Qitə yarışında ölkəmizi “nage-no-kata” və “katame-no-kata” kata formaları üzrə 4 idmançı təmsil edəcək.

Cüdoçularımız turnirdən əvvəl - mayın 28-30-da Riqada təşkil olunacaq Kodokan kata seminarı və imtahanında da iştirak edəcəklər.


Paylaş: