
İnzaqi ərəblərə "yox" dedi
“Əl-Hilal” “İnter”in baş məşqçisi Simone İnzaqinin xidmətində maraqlıdır.
Sportlife.az xəbər verir ki, Səudiyyə klubunun prezidenti 49 yaşlı mütəxəssislə şəxsən danışmaq üçün Milana uçub. Lakin İnzaqi “İnter”də xoşbəxt olduğu və İtaliya komandasında işləməyə davam etmək istədiyi üçün bu təklifi rədd edib.
O, 2021-ci ildən “qara-göylər”ə rəhbərlik edir. A Seriyasının bitməsinə 1 tur qalmış “İnter” 78 xalla turnir cədvəlində ikincidir. Milan təmsilçisi lider “Napoli”dən cəmi 1 xal geri qalır. Komanda həmçinin Çempionlar Liqasının finalına yüksəlib və burada PSJ ilə qarşılaşacaq.