
Berezutski "Sabah"ı tərk edir?
"Sabah"ın baş məşqçisi Vasili Berezutski Rusiyanın MOİK klubunda çalışmaq variantına münasibət bildirib.
Sportlife.az xəbər verir ki, rusiyalı mütəxəssis hazırda Moskva klubuna qayıtmaq barədə düşünmədiyini söyləyib.
42 yaşlı çalışdırıcı onu "Sabah"da hər şeyin qane etdiyini vurğulayıb: "Sabah"da mənim üçün hər şey yaxşıdır. İndi mövsümün sonuna bir tur və kubokun final oyunu qalıb. MOİK-in baş məşqçisi? Gələcəyə baxa bilmirəm, bu dünyada hər şey mümkündür. Nikoliç məni MOİK-də işləməyə dəvət etməyib".
Qeyd edək ki, Vasili Berezutskinin "Sabah"la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.