Rəşad Sadıqov futbolçularına "ilişdi"

  • Bu gün, 14:04

UEFA Konfrans Liqasının cari mövsümündə üçüncü təsnifat mərhələsinin “Zirə” ilə “Osiyek” (Xorvatiya) arasında cavab qarşılaşmasında təmsilçimizin yerli futbolçuları oyunsonrası penalti zərbələrini dəqiq yerinə yetirməmişdi.

Sportlife.az xəbər verir ki, “qartallar” o zaman qapıçı Tyaqo Silvanın rəqibin zərbələrini dəf etməsi sayəsində mərhələ keçməyə nail olmuşdu.

Dünən isə qəsəbə klubunun baş məşqçisi Rəşad Sadıqov “Legends Cup”da “Premyer Liqa məşqçiləri” – “Neftçi 2000-lər” minifutbol matçında penaltini dəqiq yerinə yetirib. Onun son zərbəsi sayəsində 1:1 hesabı ilə bitən matçın sonunda penaltilərdə üstün olan (3:2) məşqçilər komandası qalib gəlib.

42 yaşlı mütəxəssis həmin anları öz “Instagram” hesabının hekayə bölməsində penaltini qaçıran futbolçularını işarələyək paylaşıb. Bununla  Sadıqov oyunçularına penalti zərbəsini necə vurmaq lazım olduğunu əyani göstərib.


Paylaş: