"Real"a keçmək istəyir

  • Bu gün, 12:51

"Benfika"nın müdafiəçisi Alvaro Karreras karyerasını "Real"da davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, klublar hələlik 22 yaşlı ispaniyalı ilə bağlı danışıq aparmasa da, gənc futbolçu "kral klubu"nda oynamaq istəyir.

Mayın 25-də Portuqaliya Kubokunun "Sportinq"lə final oyunundan sonra tərəflərin danışıqlara başlayacağı gözlənilir.

Karreras bu mövsüm bütün turnirlərdə 49 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.


Paylaş: