Millimizin üzvü rəmzi komandada

  • Bu gün, 15:07

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya çempionatında növbəti dəfə turun rəmzi yığmasına düşüb.

Sportlife.az xəbər verir ki, “Zenit”in formasını geyinən müdafiəçi X turun simvolik komandasına seçilib.

Mirzəliyevanın komandası sözügedən turda "Zvezda-2005" ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Start heyətində yer alan Azərbaycan millisinin üzvü matçı əvəzlənmədən keçirib.

Qeyd edək ki, Nigar Mirzəliyevə daha əvvəl VIII turun rəmzi yığmasına da düşmüşdü. Onun komandası hazırda 23 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


Paylaş: