
"Bol qollu bir qarşılaşma gözləyirəm"
"Bu qarşılaşma həmişə öz gərginliyi ilə seçilib".
Bu sözləri Sportlife.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Kənan Kərimov deyib.
O, Premyer Liqanın XXIII turunda baş tutacaq "Neftçi" - "Qarabağ" matçından gözləntilərini bölüşüb:
"Bizim zamanımızda da bu oyunu derbi adlandırırdılar. Bu qarşılaşma həmişə öz gərginliyi ilə seçilib. İndiki halda "Neftçi"nin vəziyyətini qənaətbəxş hesab etmək olmaz. Əvvəlki illərə baxdıqda, "Neftçi" hər zaman çempionluq uğrunda mübarizə aparan komanda olub. Düşünürəm ki, qarşıdakı oyunda favorit Ağdam klubudur. Bol qollu bir qarşılaşma gözləyirəm".
Akif ƏHMƏDOV