"Zirə"dən inamlı qələbə

  • 15 Fevral 2025, 21:21

Azərbaycan Premyer Liqasında XXIII tura bir oyunla start verilib.

Sportıife.az xəbər verir ki, "Sumqayıt" doğma meydanda "Zirə" ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Zirə" bu qələbədən sonra turnir cədvəlində 42 xalla üçüncü pillədə yer alıb. 7-ci yerdə qərarlaşan Sumqayıt təmsilçisinin isə 22 xalı var.

Qeyd edək ki, XXIII turun qalan görüşləri fevralın 16-da və 17-də baş tutacaq.


Paylaş: