![](https://sportlife.az/storage/xeber/01JM4D5S3QDX3KAM00854SPM33.jpg)
Kadidən ilk oyunu ilə bağlı paylaşım
Kadi “Qarabağ”a qayıdışı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Sportlife.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Misli Premyer Liqasının XXII turunda “Səbail”ə 5:0 hesabı ilə qalib gəldikləri oyundan fotosunu paylaşıb.
O bildirib ki, “Qarabağ”ın formasını yenidən geyinmək onun üçün çox xoşdur: “Məni sevən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bu, uğurlarla dolu bir yolun başlanğıcı olar”.
Qeyd edək ki, Azərbaycan çempionu 28 yaşlı braziliyalı futbolçu ilə 4 illik müqavilə imzalayıb.