Musa Qurbanlı üçün çətin dönəm

  • 7 Mart 2025, 18:49

"Qarabağ"ın hücumçusu Musa Qurbanlı son turda "Sumqayıt"la oyunda yenə də zəif performans sərgilədi. 80 dəqiqə meydanda olmasına baxmayaraq, nə qol vurdu, nə də asist etdi. Qapıya 1 zərbə belə endirə bilməməsi onun hücumda tamamilə passiv qaldığını göstərdi.

Hava toplarında da çətinlik çəkən forvard 7 ikili mübarizədən cəmi 2-də qalib gəldi. Üstəlik, 7 dəfə top itirərək hücumları davam etdirməkdə çətinlik yaşadı.

Musanın mövsüm boyu aşağı performansı davam edir. Ötən mövsümün ən məhsuldar oyunçularından biri olan forvard bu mövsüm cəmi 4 qol vura bilib. O, hücumda daha aktiv olmalı olduğu halda, rəqib qapıları qarşısında təhlükə yaratmaqda uğursuz olur və müdafiəçilərlə mübarizədə çətinlik çəkir.

Musa Qurbanlının zəif çıxışı "Qarabağ"ın hücum potensialını da aşağı salır. Əgər bu performans davam etsə, onun əsas heyətdəki mövqeyi sual altına düşə bilər.

Sportlife.az


Paylaş: