"Neftçi" hücumçu transfer etdi

  • Dünən, 11:09

2025/2026-cı illər mövsümü üçün heyət çalışmalarını davam etdirən "Neftçi" yeni futbolçu transfer edib.

Klubdan Sportlife.az-a verilən məlumata görə, Lüksemburq millisinin hücumçusu Alessio Kurçi heyətə cəlb olunub.

23 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.

Futbola vətənində başlayıb Almaniyada davam edən Kurçinin sonuncu klubu Belçika təmsilçisi “Franks Borayns” olub. O, Lüksemburq yığmasının heyətində 15 oyunda 1 qol vurub.


Paylaş: