Dünya qadın seriyası: millimiz çıxışını başa vurdu

  • 10 İyul 2024, 10:00

Azərbaycanın 3x3 basketbol millisi Dünya Qadın Seriyasının Fransada keçirilən Bordo mərhələsində çıxışını başa vurub.

Sportlife.az xəbər verir ki, yığma D qrupunda İspaniya ilə matça çıxmaqdan imtina edib.

Beləliklə, komanda turnirlə vidalaşıb.

Ötən gün "Bordo" klubuna 9:17 hesabı ilə uduzan kollektiv qrupda sonuncu yeri tutub.

Qeyd edək ki, Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarında ilk matçını iyulun 30-da İspaniyaya qarşı keçirəcək.


Paylaş: