NBA-da yeni rekord
"Los Anceles Leykers"in ulduzları LeBron Ceyms və Luka Donçiç "Atlanta Hoks" üzərində 141-116 hesablı qələbə qazandıqları oyunda NBA-nın müntəzəm mövsümündə tarixi nailiyyətə imza atıblar.
Sportlife.az xəbər verir ki, onlar Kaliforniya komandasının tarixində bir oyunda ən azı 25 xal, 10 məhsuldar ötürmə və 5 ribaundla yadda qalan ikinci cütlük olublar. Əvvəllər yalnız Cerri Vest və Elqin Beylor bu göstəriciyə çatıb.
"Atlanta Hoks"la oyunda LeBron 31 xal, 9 ribaund və 10 məhsuldar, Donçiç isə 27 xal topla, 5 ribaund tutdu və 12 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.