"Zirə"dən Almaniya klubuna
Azərbaycanda "Sabah" və "Zirə"də çıxış etmiş Vensan Tillin yeni komandası bəlli olub.
Sportlife.az xəbər verir ki, lüksemburqlu vinger Almaniyada oynayacaq. O, III Liqa təmsilçisi "Valdof"a keçib. Tilllə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Lüksemburq millisinin 25 yaşlı yarımmüdafiəçisi 2023-2025-ci illərdə "Sabah"da çıxış edib. O, bu komandada 35 oyuna 3 qol vurub. 2025-ci ilin iyununda "Zirə"yə keçən futbolçu cəmi 3 aydan sonra göndərilib. O, zədə səbəbindən "Zirə"də oyuna çıxmayıb.