Karvahal: "Ən dibə düşdük"

  • Bu gün, 12:13

"Real"ın mətbuat xidməti Dani Karvaxalın İspaniya Kral Kubokunda "Albasetə"yə 2:3 hesablı məğlubiyyətdən sonra azarkeşlərə ünvanladığı tam mesajı dərc edib.

Sportlife.az xəbər verir ki, ispan müdafiəçi bunları yazıb:

"Ən dibə düşdük. Sequnda təmsilçisi tərəfindən məğlub edildik və onları təbrik edirəm. Sabahdan etibarən həm fərdi, həm də kollektiv olaraq özümüzü tənqid etməliyik. Mövsümü dəyişdirmək üçün hələ vaxtımız var. Mübarizə aparmalı olduğumuz 2 fantastik yarış var. Komanda hazırda ən yaxşı formasında deyil və çox çalışmalıyıq.

Hamımız əlimizdən gələni etməliyik və bu, reallıqdır. Deməli olduğumuz budur: 100 faiz verməliyik. Həmçinin azarkeşlərdən üzr istəyirik və mən, ilk növbədə, bu klubun səviyyəsinə və gözləntilərinə uyğun yaşamamışam. Növbəti bir neçə ay ərzində oyunlarda fərq yaratmaq üçün əlimizdən gələni edəcəyimizə söz veririk".


Paylaş: