İranda gənc futbolçu öldürüldü
İranda etirazlar zamanı daha bir futbolçunun öldürüldüyü bildirilir.
Sportlife.az xəbər verir ki, 17 yaşlı məktəbli və “Saypa”nın yeniyetmələr komandasında çıxış edən Rəbin Muradi odlu silahla arxadan vurularaq öldürülüb.
Sələsbabacanidən olan yeniyetmə futbolçu paytaxtın uşaq-gənclər futbolunda istedadlardan biri kimi tanınıb.
Rəbin Muradi futboldan əlavə üzgüçülük və güləş növlərində də çempionluq titullarına malik olub.
Qeyd edək ki, bundan əvvəl də “Traktor”un keçmiş futbolçusu Müctəba Tərşizin öldürülməsi barədə məlumat yayılıb.