Azərbaycan, yoxsa Qazaxıstan?

  • Bu gün, 14:10

"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Andrey Demçenko Qazaxıstan mətbuatına açıqlama verib.

Sportlife.az xəbər verir ki, daha əvvəl həmin ölkədə “Jenıs” klubunu çalışdırmış 49 yaşlı mütəxəssis Qazaxıstanla Azərbaycan çempionatı arasında müqayisə aparıb.

Demçenko Misli Premyer Liqasının səviyyəsi ilə bağlı da ilk təəssüratlarını bölüşüb: “Hələ tam olaraq prosesə daxil olmamışam, oyunlara əsasən yayımlanan videomateriallar vasitəsilə baxmışam. Daxildən hiss etdiklərimi indi tam təsvir edə bilmərəm. Amma onu nəzərə alsaq ki, həm “Kayrat”, həm də “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində çıxış edirlər, çempionatların səviyyəsini belə müqayisə etmək olar – onlar bir-birinə yaxındırlar”.

Qeyd edək ki, Andrey Demçenko “Araz-Naxçıvan”la 5 ay + 1 il şərti ilə müqavilə imzalayıb.


Paylaş: