Demçenko: "Bu gün nəticə vacib deyildi"

  • Bu gün, 18:32

"Bugünkü oyun daha çox məlumat xarakterli idi və nəticə vacib deyildi".

Sportlife.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib.

Ukraynalı mütəxəssis bildirib ki, son 3 gün ərzində yükləmə çox olduğuna görə, futbolçular yorğunluq fonunda meydana çıxmışdılar: "Uşaqların verdiyimiz tapşırıqları nə dərəcə icra edə bildiklərinə diqqət yetirdik. Keyfiyyətə önəm verdiyimiz üçün uşaqlara da dedim ki, məğlubiyyətə gorə üzülməyin. Gələcəkdə daha yaxşı oynamaq, irəli getmək üçün edəcəklərimizi öyrənirik".


Paylaş: