İbrahimoviç rəsmən "Ayaks"da

  • Bu gün, 16:53

"Ayaks" "Milan"ın yarımmüdafiəçisi Maksimilian İbrahimoviçlə müqavilə imzaladığını açıqlayıb.

Sportlife.az xəbər verir ki, futbolçu 2025/26 mövsümünün sonuna qədər Niderland klubuna icarəyə verilib. Müqavilədə satınalma seçimi də var.

Maksimilian hazırda "Milan" rəhbərliyinin məsləhətçisi vəzifəsində çalışan Zlatan İbrahimoviçin oğludur.

Bu mövsüm İbrahimoviç "Milan"ın gənclər komandasında 17 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.


Paylaş: