"Tottenhem" üçün tibbi müayinədən keçdi
Konor Qallaher "Tottenhem"' transferini başa çatdırmaq üçün tibbi müayinədən keçib.
Sportlife.az xəbər verir ki, futbolçunun müayinəsinin nəticələri qənaətbəxş olub. 25 yaşlı oyunçu ilə 5,5 illik müqavilə imzalanacaq.
Daha əvvəl "Tottenhem"in Qallaherin daimi transferi üçün 40 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.
Bu mövsüm o, 19 oyunda iştirak edib və 2 qol vurub. İngilis futbolçu, həmçinin Çempionlar Liqasında 6 oyunda bir dəfə fərqlənib.