"Fənərbağça"da daha bir ulduz

  • Bu gün, 13:51

"Fənərbağça" Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda çıxış edən Fransa millisinin futbolçusu Nqolo Kante ilə anlaşıb.

Sportlife.az xəbər verir ki, ulduz oyunçu İstanbul klubuna keçmək üçün maaşının azaldılmasına razılıq verib.

Hazırda klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Nqolo Kante 2023-cü ildən "Əl-İttihad"da çıxış edir.


Paylaş: