"Traktor"un futbolçusu öldürüldü
Təbrizin “Traktor” klubunun keçmiş futbolçusu Mojtaba Torşiz İranda davam edən etirazlar zamanı həyat yoldaşı ilə birlikdə öldürülüb.
Sportlife.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Bildirilib ki, Mojtaba Torşiz və həyat yoldaşı etiraz aksiyalarında İran xalqını dəstəklədiklərinə görə İslam Respublikası təhlükəsizlik qüvvələri tərəfindən qə*tlə yetirilib.
Hadisənin təfərrüatı ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.