Mbappe Alonsoya görə risk edib

  • Bu gün, 10:45

"Real"ın hücumçusu Kilian Mbappe baş məşqçi Xabi Alonsonu qovulmaqdan xilas etməyə çalışıb.

Sportlife.az xəbər verir ki, fransalı forvard İspaniya Superkubokunda "Barselona" ilə oyundan əvvəl ispaniyalı mütəxəssisin klubdakı vəziyyətini anlayaraq matçda iştirak etməyə razı olub.

O, zədədən tam sağalmamasına baxmayaraq, bu riski gözə alıb.

Qeyd edək ki, Alonso "Barselona"ya 2:3 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.


Paylaş: