Konteyə 2 oyunluq cəza
"Napoli"nin baş məşqçisi Antonio Konte 2 oyun cəzalanıb.
Sportlife.az xəbər verir ki, italiyalı mütəxəssis A Seriyasının qarşıdakı 2 matçında texniki zonada olmayacaq.
Buna onun 20-ci turda "İnter"lə 2:2 hesablı heç-heçə etdikləri mgörüşdə hakimin qərarına sərt reaksiya verməsi səbəb olub.
Konte yan xətt yaxınlığında topa qəzəblə zərbə endirib, nəticədə meydandan qovulub. Meydanı tərk etməzdən əvvəl isə yerə butulka atıb və dördüncü hakimin üzünə qışqırıb. Baş məşqçi əlavə olaraq, 15 000 avro cərimələnib.
Mütəxəssis A Seriyasında "Parma" (14 yanvar) və "Sassuolo" (17 yanvar) ilə oyunlarını buraxacaq.